Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi.
XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.